Almaniyanın Federal Kansleri İdarəsindən cəmi bir neçə yüz metr məsafədə baş verən bıçaqlanma nəticəsində ən azı dörd nəfər xəsarət alıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bild am Sonntag" qəzeti yazıb.
Bildirilib ki, hücum nəticəsində üç kişi ciddi xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər. Bir kişi isə güclü şok keçirib.
Polis şübhəli şəxsi Berlinin mərkəzi dəmiryol vağzalının yaxınlığında saxlayıb.
Hadisə yerində xilasetmə xidmətlərinin əməkdaşları var, helikopter cəlb edilib. Polis baş verənlərlə bağlı araşdırmaya başlayıb.
Rəylər