Ceyranbatan su anbarının ətrafında baş verən yanğın məhdudlaşdırılıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, hadisə yerinə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə, texnikası və nazirliyin Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.
Yanğın saat 19:27-də məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək.
18:48
Abşeron rayonunda, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən ağaclıq sahədə yanğın başlayıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hazırda hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
Yanğının söndürülmə işləri davam etdirilir.