Dünən Çindən 4 azərbaycanlı tələbə gecə saaatlarında Azərbaycaba gətirilib”.
Bu barədə REAL TV-yə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.
O bildirib ki, həmin tələbələrin başqa şəxslərlə ünsiyyətdə olmaması üçün Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsi tərəfindən ayrılan xüsusi keçiddən keçirilərək ölkəyə buraxıblar:
“Daha sonra həmin tələbələr tibb müəssisələtindən birində ayrılan qapalı palataya aparılıb.
Onların valideynlərinə izah olunub ki, tələbələrdə hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib. Tədbirlər ona görə görülür ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Yəni koronavirus 14 gün ərzində özünü biruzə verə bilər. Tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb. Bu barədə onların yaxınlarına da məlumat verilib ki, əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı bir dəyişiklik olmasa, rahatca evlərinə yola salınacaqlar”.
Çindən dörd tələbə Azərbaycana gətirildi - VİDEO
Rəylər