Nazirlik 76 nəfər əlili Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salıb.
Oxu.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, bununla da ƏƏSMN tərəfindən son iki ayda 426 nəfərin, o cümlədən 286 nəfərin Lənkəran rayonuna, 140 nəfərin isə Şəki rayonuna istirahətə göndərilməsi təmin olunub.
Nazirlik bildirir ki, bu istiqamətdə işlər cari ilin yay mövsümü ərzində davam etdiriləcək:
“2015-ci il ərzində ümumilikdə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub”.
Qeyd edək ki, bu tədbirlər nazirlik üzrə müvafiq əmrlə təsdiqlənmiş “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir.
Ülviyyə R. Əli
www.oxu.az