2015-ci ilin yanvar-aprel aylarının statistikasına görə, Azərbaycan məhsullarının ixrac olunduğu əsas ölkələrin onluğunda Gürcüstan da yer alır.
Oxu.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin 4 ayında Gürcüstana 156 milyon 422.27 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ümumi ixracın təxminən 4%-ni təşkil edir.
Gürcüstan Milli Statistika Komitəsi isə qeyd edir ki, analoji dövrdə Gürcüstanda Azərbaycana ixracın həcmi azalıb:
Belə ki, 2015-ci ilin 4 ayında Gürcüstandan Azərbaycana 89 milyon 620.3 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ümumi ixracın 13%-i deməkdir. 2014-cü ildə isə bu göstərici daha çox 188 milyon 450.8 min dollar dəyərində idi. Azalma 52.44%.
Ülviyyə R. Əli
www.oxu.az