Səhiyyə Nazirliyindən Sabunçu rayonunda yerləşən xəstəxananın Ginekoloji şöbəsində doğuşdan sonra dünyasını dəyişən uşaqla bağlı açıqlama veriblər.
Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ana hamiləliyi zamanı stress keçirib:
“Ananın patologiyası olub. İlan görüb, stress keçirib. Stress onun bətnində olan uşağa da təsir edib. Uşaq reanimasiyada ölüb”.
Qeyd edək ki, hadisə ötən gün Sabunçu rayonunda yerləşən xəstəxananın Ginekoloji şöbəsində baş verib. Məhərrəmova Fəridə doğuş sancıları ilə xəstəxanaya yerləşdirilib. Ananın yaxınlarının sözlərinə görə, həkimlər əvvəl doğuşun normal keçdiyini deyiblər. Doğuşdan sonra isə həkimlər uşağın öldüyünü söyləyiblər.
12:20
Bakıda doğuş zamanı daha bir uşaq ölümü qeydə alınıb.
Oxu.Az xəbər verir ki, ananın yaxınlarının ANS PRESS-ə verdikləri məlumata görə, hadisə ötən gün Sabunçu rayonunda yerləşən xəstəxananın Ginekoloji şöbəsində baş verib.
Məhərrəmova Fəridə doğuş sancıları ilə xəstəxanaya yerləşdirilib. Ananın yaxınlarının sözlərinə görə, əvvəl həkimlər doğuşun normal keçdiyini deyiblər. Doğuşdan sonra isə həkimlər uşağın öldüyünü söyləyiblər:
“Ananın birinci hamiləliyi idi. Həkimlər ölü doğulan uşağın oğlan olduğunu dedilər. Uşağın hansı səbəbdən öldüyü barədə bizə heç bir məlumat vermədilər. Bu, bir həftə ərzində həmin xəstəxanada doğuş zamanı 3-cü uşaq ölümüdür”.