Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Daha bir küçənin sakinləri zibillikdən şikayət edir - FOTO
Bakının Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 2 ünvanında məişət tullantıları üçün nəzərdə tutulmuş yerdə zibil yeşiklərinin olmaması nəticəsində yaranmış antisanitariya qeyd olunan ünvanda yaşayan sakinlər üçün bir ekoloji fəlakətə çevrilib.
Bu barədə Oxu.Az-ın redaksiyasına şikayət daxil olub.
Bildirilib ki, onlar məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət ediblər:
“Yalnız 2019-cu il fevral ayında nazirliyə müraciət olunduqdan sonra icra hakimiyyəti və bələdiyyədən nümayəndələr gəlib baxıb, ancaq heç bir tədbir görülməyib”.
Qeyd edilib ki, artıq vəziyyət dözülməz həddə çatıb:
“Pandemiya dövründə biz bilmirik, virusla mübarizə aparaq, yoxsa məişət tullantıları ilə”.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda aptek müdiri işçisini onu kök pişiyə oxşatdığına görə vəhşicəsinə döyüb - TƏFƏRRÜAT
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi