Bu gün saat 14:34 radələrində Bakının Nəsimi rayonu ərazisində qadın özünü yandıraraq intihara cəhd edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Asif Məhərrəmov küçəsi 38 ünvanında yaşayan Şəfiqə Quliyeva üstünə benzin tökərək özünü yandırıb.
Dərhal hadisə yerinə həkim və polis əməkdaşları çağırılıb. Qadın 5 saylı xəstəxanaya çatdırılıb.
Hazırda hadisə yerində əməliyyat qrupu çalışır. Qadının nə səbəbdən intihar etmək istəməsi araşdırılır.
5 saylı şəhər xəstəxanasından Lent.az-a bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən qadın reanimasiya şöbəsinə yerləşdirilib.