Yaxın günlərdə Xaçmaz heyvan bazarı fəaliyyətə başlayacaq.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
O bildirib ki, altı ay ərzində 11 heyvan bazarı yenidənqurmadan sonra istifadəyə verilib:
"Hazırda ölkə üzrə 14 heyvan bazarının fəaliyyəti bərpa edilib. Bu yaxınlarda Xaçmaz heyvan bazarı fəaliyyətə başlayacaq. Bununla da fəaliyyət göstərən heyvan bazarlarının sayı 15-ə çatdırılacaq".
Qaynar xətt:
(055) 224 12 12