“Rosaviasiya” Rusiyanın “Ural aviasiya” şirkətinə üç beynəlxalq istiqamətdə uçuşlara icazə verib. Bunlar Volqoqrad - Bakı, Volqoqrad - Gəncə və Volqorad - Yerevan istiqamətləridir.
Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, “Rosaviasiya”nın uçuşa icazə verməsi şirkətin bu istiqamətlərdə reyslərin dərhal həyata keçiriləcəyi anlamına gəlmir.
Bu icazə marşrutun hazırlanması üçün ilk mərhələdir, daşıyıcının çıxışı barədə qərar yalnız bütün amillərin təhlilindən sonra veriləcək.
Oxu.Az yeniləndi!