Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan dahi tarzən Mirzə Əsəd oğlu Sadıqın - Sadıqcanın Şuşadakı evi təmir və bərpa işlərindən sonra muzey kimi fəaliyyətə başlayıb.
Oxu.Az xəbər verir ki, bu layihə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə yenidən qapılarını ziyarətçilərin üzünə açıb.
* Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışı olub - FOTO - VİDEO
Bərpa prosesində binanın tarixi siması qorunub saxlanılmaqla yanaşı, Şuşaya xas memarlıq üslubu, xüsusilə də milli ornamentlərlə bəzədilmiş şəbəkə pəncərələr və geniş eyvanlar bərpa olunub. Muzeyin daxili məkanı tarzənin həyat və yaradıcılığını əks etdirən zəngin eksponatlarla təchiz edilib.