İngilis dilində dərc olunan ən məşhur Pakistan qəzeti “Daily Times” Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pəncab vilayətinin Laxor şəhərində Ancuman Cüleymaniya məktəbində keçirdiyi humanitar aksiyanı işıqlandırıb.
Oxu.Az Ann.az-a istinadən bildirir ki, bu haqda Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Məqalədə qeyd olunur ki, Heydər Əliyev Fondunun prezidenti UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pəncab vilayətinin Laxor şəhərində Ancuman Cüleymaniya məktəbində humanitar aksiya keçirib. Tədbirdə çıxış edən Azərbaycanın Pakistanda səlahiyyətli səfiri Daşqın Şikarov qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahədə aksiyalar keçirilir, eləcə də o, Fondun kimsəsiz uşaqlara həmişə diqqət və qayğı göstərdiyini vurğulayıb.
Məqalədə həmçinin Heydər Əliyev Fondu adından hər uşağa hədiyyə verildiyi qeyd olunur.
“Daily Times”da dərc edilən məqalədə Ancuman Süleymaniya məktəbinin vitse-prezidenti Rauf Xalid Mustafa Mehriban Əliyevanın kimsəsiz uşaqlara göstərdiyi qayğının onun İslam dəyərlərinə olan bağlılığı olduğunu vurğulayıb. Çıxış edənlər burada aparılan rekonstruksiya işləri haqqında geniş məlumat veriblər.