Səhər saatlarında Bakı dairəvi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Qəza zamanı “Mercedes” və “Renault” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Renault” yol kənarındakı su ötürücüsünə düşüb.
Hadisə nəticəsində ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur. Avtomobillərə ciddi ziyan dəyib.
Yolda tıxac yaranıb.
Samir İsayev