Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Daşıyıcı şirkət və sərnişinlər arasında fikir ayrılığı: Avtobuslar nasazdır, yoxsa işlək?
Avtovağzaldan Masazır qəsəbəsinə gedən 569 nömrəli marşrut sərnişinlərin rahat hərəkətini təmin edə bilmir.
Müntəzəm olaraq bu marşrutdan istifadə edən sərnişinlərdən biri Oxu.Az-a şikayət məktubu göndərərək xəttə buraxılan avtobusların acınacaqlı vəziyyətdə olduğunu bildirib.
Sərnişinin sözlərinə görə, 569 nömrəli xətt üzrə işləyən avtobuslar həm köhnə, həm balaca, həm də nasazdır.
"İlin fəsillərindən asılı olmayaraq, kondisionerlər işləmir, qapılar açıq vəziyyətdə idarə olunur. Avtobusların sayı məhdud olduğundan və intervalın böyüklüyündən sərnişinlər xeyli gözləməli olurlar. Avtobuslar yuyulmur, təmizlənmir", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı 569 saylı avtobusun aid olduğu daşıyıcı "Sahil" MMC-yə sorğu ünvanladıq.
Şirkətin rəhbəri Qəzənfər Abdıyev Oxu.Az-a açıqlamasında sadalanan bütün iddiaları təkzib edib. Onun sözlərinə görə, xəttə hər gün 2012-ci ildə istehsal olunmuş 14 avtobus çıxarılır və onlar hər gün qarajda yuyulub-təmizlənir.
"Avtobuslar arasındakı interval isə cəmi 5-6 dəqiqədir", - deyə şirkət rəhbəri vurğulayıb.
Fotoları təqdim edirik:
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- İsmayıllıda damı uçan vətəndaşa aidiyyəti qurumun cavabı: "Sığorta yoxdur deyə nəsə edə bilmirik"
- Paytaxtın mərkəzindəki velosiped zolağına çəkilən boya ƏTRAFA YAYILIB
- Avtomobillərin yanacaq çənindən niyə su çıxır? - ŞİKAYƏT
- Binəqədidə yollar asfalt üzünə həsrət qalıb: Sakinlər çətin vəziyyətdə
- Tanınmış aparıcı: "On aydır müraciət etmişəm, bir zolağı rəngləyən yoxdur"
Rəylər