Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Daşkəsən yaylağında bir gün - FOTO/VİDEO
Daşkəsən yaylağında çəkilən fotolarda təbiətin füsunkarlığı göz oxşayır.
Gördüyünüz fotolar Azərbaycanın ən ucqar səfalı guşələrindən olan Daşkəsən yaylağında lentə alınıb. Hazırda yaylaqda minlərlə qoyun otarılır.
Fotoları sosial şəbəkədə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov paylaşıb.
Onun sözlərinə görə, fotolarda gördüyünüz Daşkəsən yaylağına getmək üçün ölkəmizin ən gözəl rayonlarımızdan olan Zaqatalanın Yuxarı Çardaqlı kəndindən atlar vasitəsilə üç saat yol qət etmək lazımdır:
“Yaylağa, əsasən, fermerlərin yerli cinslərdən olan qoyunları gətirilir. Daşkəsən yaylağında qoyunların südündən pendir hazırlanır. 20 gün sonra həmin pendirlər yaylaqdan rayonlara gətirilir.
Səhərlər duman-çən düşür, qoyunlar bu gözəl yaylağa otarılmağa aparılır, havanın temperaturu çox aşağı olur. Yaylaqda yeyilən yeməklərin dadı çox fərqlidir, qoyun südünün və pendirinin isə ləzzəti tərif edilə bilməyəcək qədər möhtəşəmdir”.
Daşkəsən yaylağında çəkilən kadrları təqdim edirik:
"Daşkəsən" teqi üzrə xəbərlər
- Daşkəsəndə uşaq bağçasından ŞİKAYƏT - "Körpələr soyuqdan donurlar"
- Daşkəsənə güclü qar yağıb
- Azərbaycanda qayınanasını baltalayaraq qaçan gəlinin meyitinin tapıldığı ərazidən GÖRÜNTÜLƏR
- Xoşbulaq kəndinə ildırım düşüb: Sıradan çıxan elektrik xətti tam bərpa olunub
- Yüksəkvəzifəli şəxsin avtomobilinin iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI
Rəylər