Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatıb.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, E.Əliyevin meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
14:08
Daşkəsən rayonunda süni göldə bir nəfərin batdığı ehtimal olunur.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər.
Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.