Daşkəsənin Bayan kəndində artıq bir müddətdir ki, məktəbin həyətinə arı yeşikləri yığılıb. Sakinlər vəziyyətdən şikayət etsələr də, məktəb rəhbərliyi bunu ciddi problem hesab etmir.
Kənd sakini Emin Məmmədov deyir ki, bu haldan narazı olanlar çoxdur. Çünki arı sancması uşaqlar üçün ciddi təhlükə törədə bilər. Şikayətçi həmçinin bildirir ki, ərazi dağlıq, yaşıllıqdır. Arı yeşiklərini yığmağa da kifayət qədər münbit yer var.
Şikayətçi bunun direktor tərəfindən edildiyini iddia edir. Ondan bunun səbəbini soruşan olmayıb.
Məktəbin direktoru vəzifəsini icra edən Emin İdilxanov isə məsələnin süni şəkildə şişirdildiyini iddia edir.
İ.N.