Daşkəsəndə yağan güclü yağışlar Məhəmməd Əsədov küçəsində yolun kənarındakı divarın uçmasına səbəb olub. Divarın uçması isə küçədə nəqliyyatın hərəkətini çətinləşdirib.
Sakinlərin sözlərinə görə, divarın uçması nəticəsində yolun digər tərəfində yerləşən fərdi evə də ciddi ziyan dəyib.
“Evə girməyə qorxuruq”, - deyə ev sahibləri bildiriblər.
Daha ətraflı Baku TV-nin süjetində: