Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, “Man” markalı yük maşını idarəetməni itirərək dərəyə yuvarlanıb.
Qəza nəticəsində sürücü, 1970-ci il təvəllüdlü Manaf Mürsəlov hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırmalara başlanılıb.
İlhamə Əbülfət