Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Daun sindromlu və serebral iflicli uşaqlardan Bayraq Günü fləşmobu - FOTO/VİDEO
Daun sindromlu və serebral iflicli uşaqlar Bayrağı günü ilə bağlı fləşmob keçirib.
Oxu.Az xəbər verir ki, fləşmob Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyi və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin birgə dəstəyi ilə həyata keçirilib.
Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş fləşmob “Gənclik” Mall AVM-də keçirilib. Fləşmobda Daun sindromlu və serebral iflicli uşaqlar çıxış ediblər.
İzdihamın toplaşdığı mərkəzi hissədə Daun sindromlu və serebral iflicli uşaqlar qəfildən “Azərbaycan” mahnısının sədaları altında əllərində bayraqlar, əyinlərində milli geyimlərlə rəqs etməyə başlayıblar. Fləşmob ətrafdakı insanların böyük marağına səbəb olub.
Fləşmobun keçirilməsində məqsəd milli atributlarımıza sevginin, milli özünüdərkin uşaqlara aşılanmasının əhəmiyyətini Daun sindromlu və serebral iflicli uşaqların vasitəsilə insanlara çatdırmaqdır.
Qeyd edək ki, 2013-cü ildən bəri fəaliyyət göstərən “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində iki mərkəz fəaliyyət göstərir. Bunlar “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi” və “Qayğı Uşaq Reabilitasiya Mərkəzi”dir.
Hər iki mərkəz Heydər Əliyev Fondunun, birbaşa Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilib.
Könül Cəfərli
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Xalqa xidmətə həsr olunmuş ömrün daha bir ili
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
Rəylər