İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Məlumata görə, yanvarın 2-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçirilərkən daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan heroin aşkar olunub.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il yanvarın 3-də Azərbaycan Respublikasının vətəndaşı Bakı şəhəri Əmircan qəsəbə sakini, 1969-cu il təvəllüdlü Danil Səfərəli oğlu Məmmədov saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.