Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində dayanacaqda avtomobil park edən sürücü cəzalandırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) məlumat verilib.
Qeyd olunub ki, BMW markalı, 90-AA-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib.
"Parklanma qaydasını pozduğuna görə sürücü barəsində İXM-in 346.2-ci (Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında nəqliyyat vasitələrinin dayanması və durması) maddəsi ilə protokol tərtib edilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, məsələ ilə bağlı ilk xəbəri Avtosfer.az saytı yayıb.
Əzizə İsmayılova