Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dəfələrlə cərimələnən heyvan kəsimi məntəqələri hələ də fəaliyyət göstərir - FOTO
Bakıda keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən beş heyvan kəsimi və ət satışı məntəqəsi aşkarlanıb. Həmin obyektlərə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, nöqsanlar Bakı şəhəri, Xətai rayonunda yerləşən beş məntəqədə aşkarlanıb.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- "Alatava" restoranında ciddi nöqsanlar aşkarlandı
- Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır
- Biləsuvarda çörək istehsalı müəssisəsinin FƏALİYYƏTİ DAYANDIRILDI
- Azərbaycana idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb
- Bakıda restoran bağlandı - Müştərilərə köhnə yeməklər verilirmiş