Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 28-də saat 08.00 radələrində rayonun Bünyadabad kəndi ərazisində kənd sakini Tofiq Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili kanala aşırıb.
Nəticədə T.Əliyev və sərnişinləri Bünyadabad kənd sakinləri Fazil Həsənov, Baxşəli Həsənov və Nəriman Hüseynov ölüblər.
Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.