İsrail tərəfdən açılan atəş nəticəsində Qəzzada yeganə elektrik stansiyası zədələnib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, İsrail hərbçiləri iyul ayının 30-da səhər saatlarında Qəzza bölgəsində 43 fələstinlini qətlə yetirib. Təl-Əviv iddia edir ki, bu hücumun səbəbi islam yaraqlıları olub.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən İsrailin hücumları nəticəsində çoxsaylı insanlar zərər çəkib, onların arasında 20 nəfər BMT məktəblərindən olub. Ölənlər arasında tibb işçisi və körpə də olub.
Tibb işçilərinin məlumatına görə, münaqişənin başlanğıcından əksəriyyəti dinc sakinlər olan 1224 fələstinli və 56 israilli vəfat edib.
İsrail hərbi dairələrinin nümayəndələri bəyan ediblər ki, orduya bir həftəyə qədər vaxt lazımdır ki, yaraqlıların İsrail ərazisinə keçdikləri tunelləri məhv etsinlər.
Qəzzada yerləşən yeganə elektrik stansiyası ikinci gün iyul ayının 29-da sıradan çıxıb. Fələstin tərəfinin mülahizələrinə görə stansiya yarım il müddətində işləməyəcək.
Qeyd edək ki, “Sarsılmaz qaya” hərbi əməliyyatı iyul ayının 7-dən başlayıb. Hədəf olaraq Qəzza tərəfindən İsrail şəhərlərinin raket atəşinin qarşısının alınması göstərilib.