Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yeniyetmənin həlak olduğu qəzadan sonrakı dəhşətli görüntülər
Ötən gün Qusarda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan yeniyetmənin daha bir görüntüsü yayılıb.
Sözügedən kadrlar Oxu.Az-ın redaksiyasına göndərilib.
Həmin görüntüləri təqdim edirik:
Qusarda baş verən ağır-yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Bununla bağlı videonu "Unikal" yayıb.
Videoda BMW markalı avtomobilin velosipedlə hərəkətdə olan 2012-ci il təvəllüdlü Ruslan Kamran oğlu Xamədovu vurması əks olunub.
Qəza nəticəsində yeniyetmə ölüb.
Həmin görüntüləri təqdim edirik:
Qusarda ağır yol-nəqliyyat hadisəsində həyatını itirən yeniyetmənin fotosu yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə onun oxuduğu məktəb məlumat yayıb.
Qəzada vəfat edən 2012-ci il təvəllüdlü Ruslan Kamran oğlu Xamədov Qusar şəhər E.Güləliyev adına 2 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.
Bildirilib ki, BMW markalı avtomobil velosipedlə hərəkətdə olan R.Xamədovu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində vəfat edib. Qəza zamanı sürücünün idarəetməsindən çıxan avtomobil daha sonra aşıb.
Faktla bağll Qusar Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.