“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Dəniz Vağzalında Xocalı qətliamının qurbanlarına ithaf olunan xüsusi işıqlandırma həyata keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadən bildirir ki, bu faciədə həyatını itirmiş şəxslərin ruhunun əziz xatirəsinə həsr olunan xüsusi işıqlandırma 25, 26 və 27 fevral tarixlərində həyata keçirilir.
Qeyd etmək istərdik ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, faciə zamanı zərərçəkmiş şəxslərə təzminat verilməsinə nail olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər aparır.
N.О.