"İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarının Şuşaya səfəri başa çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutan səfərin iştirakçıları ilk olaraq yaşayış kompleksini ziyarət ediblər.
Qonaqlar daha sonra Şuşa işğaldan azad edildikdən sоnra əsaslı təmir olunan şəhər kilsəsinə baş çəkiblər, həmçinin Üzeyir Hacıbəyli, Bülbül və Xurşudbanu Natəvanın güllələnmiş büstlərinə baxıblar, Şuşanın qala divarları önündə xatirə fotoları çəkdiriblər.
Şuşa həbsxanasını da ziyarət edən qonaqlara onun tarixi barədə məlumat verilib. Qarabağın işğalı zamanı əsir və girov götürülmüş 350 azərbaycanlının burada işgəncələrlə qətlə yetirildikləri bildirilib. O da qeyd edilib ki, vaxtilə həbsxanada saxlanılan 144 nəfərin taleyindən hələ də xəbər yoxdur. İşğaldan azad edildikdən sonra həbsxananın həyətində aşkarlanan 2 kütləvi məzarlıqdan 31 nəfərin qalıqlarının tapıldığı da onların diqqətinə çatdırılıb.
Bununla qonaqların Şuşaya səfəri başa çatıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçıları Şuşa şəhərində olublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qonaqlar Şuşaya səfərlərini yaşayış kompleksini ziyarətlə başlayıblar.
Onlar uzun illərdən sonra doğma yurduna dönən sakinlərlə söhbət ediblər.
Qonaqlar səfər proqramı əsasında Şuşanın gəzməli yerlərində olacaq, tarixi məkanları ziyarət edəcəklər.
"İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarının Xocalı şəhərinə səfəri başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutan səfərin iştirakçıları ilk olaraq Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.
Qeyd edək ki, səfərdə müxtəlif ölkələrin sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksəkvəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edirlər.
Konfrans iştirakçılarının daha sonra Şuşa şəhərinə səfərləri nəzərdə tutulub.