Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında meydan sahibi olan "Ağdaş" klubu "Hypers"i qəbul edib.
Qarşılaşma "Hypers" komandasının "Ağdaş" üzərində 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra "Hypers" II təsnifat mərhələsində "Şamaxı" komandası ilə qarşılaşmaq hüququ əldə edib. Beləliklə, futbol üzrə ölkə kubokunun ilk təsnifat mərhələsinin bütün görüşləri tam başa çatıb.
Mərhələnin digər matçlarında "Qaradağ Lökbatan" "Şəki"ni 12:0, "Ağstafa Gəncləri" "Şəmkir"i 5:1, "Zəngəzur" "Difai"ni 3:1, "Marafon" "Dinamo"nu 3:0, "Kür-Araz" isə "Şirvan"ı 3:1 hesabı ilə məğlub edib.