Bakıda bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin şəxs nazirliyin xilasediciləri tərəfindən xilas edilib.
Qeyd edək ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.