Deputat Etibar Hüseynli ATV-yə hirsləndi
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Etibar Hüseynli öz “Facebook” səhifəsində ATV telekanalından şikayət edib.
Deputatın paylaşdığı statusu təqdim edirik:
“Artıq 4-cü həftədir ki, ATV heç bir səbəb söyləmədən “SİTATIN SONU”nu proqram setkasından çıxarıb və mən də 4 həftədir ki, bunun səbəbini soruwmaq üçün bir başıpapaqlı tapa bilmirəm, Qulu Məhərrəmlinin sözü olmasın elə bil dədələrinin xarabalarında hiss edirlər özlərini”-deyə millət vəkili qeyd edib.