Cənubi Sudanda Nil çayında üzən bərənin batması nəticəsində azı 200 nəfər ölüb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, “Frans Press” yaydığı məlumata görə, bərədə olanların böyük əksəriyyəti qadın və uşaqlar olub və onlar hamısı batıb.
Ölənlərin Malakal dairəsində silahlı qruplaşmalardan qaçan sakinlər olduğu bildirilir.