Müdafiə Nazirliyi sistemində yeni kadr dəyişikliyi olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmri ilə Mühafizə Alayının komandiri, polkovnik-leytenant Sadiq Yəhyazadə tutduğu vəzifədən azad edilib. Bu vəzifəyə qərb bölgəsində yerləşən hərbi hissələrdən birinin komandiri təyinat alıb.
Müdafiə Nazirliyinin mətbuat xidməti bu faktı təsdiqləyiblər.
Qeyd edək ki, sülhməramlı tabor da Mühafizə Alayının tərkibində yerləşir.