Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

4 dəfə evdən qaçan qıza azərbaycanlı şairədən dəstək
Təhsil amaq üçün 4 dəfə evdən qaçan Ağdam sakini Günay Abdullayevanın arzuları çin olacaq.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Almaniyada yaşayan məşhur şairəmiz, araşdırmaçı alim Nuridə Atəşi Günayı himayəsinə götürməyə hazırlaşır.
Nuridə Atəşi deyib ki, Günayın təhsil alması və evlə təmin olunmasına yardımçı olacaq: “Günayın xəbərini eşidəndən rahat ola bilmirəm. Onun polis şöbəsindəki görüntülərini də ürək ağrısı ilə seyr etdim. Bu qızın həyatını dəyişmək, təhsil almaq üçün üsyan etməsini alqışlayıram. Mən də evdən qaçdım və həyatımı dəyişdim”.
Nuridə Atəşi bildirib ki, Günayın Bakıda qalması üçün onu evlə təmin etməyə və təhsil alması üçün kömək göstərməyə hazırdır: “Neçə gündür Günayla əlaqə saxlamaq üçün onun telefon nömrəsini axtarıram. Qoy bilsin ki, o, tək deyil, ona kömək üçün əl uzadan insanlar var. Qoy Günay güclü olsun və mübarizəsini davam etdirsin”.