“Əgər Azərbaycanda koronavirusa qarşı mübarizədə hansısa həkim vəfat etsə, ona xüsusi status verilməlidir”.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı təklif səsləndirib.
“Məsələn, Türkiyədə koronavirusla mübarizədə vəfat edən həkimlərə şəhid, koronavirusdan əziyyət çəkən həkimlərə isə qazi statusu verilir. Azərbaycanda da belə həkimlərə xüsusi status verilməlidir”, - deyə M.İbrahimqızı əlavə edib.
Aqşin Kərimov