Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputat metrodan gileyləndi: Gərək bir milyon insan boğulsun?!
Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə, şikəst, əlil olmasın.
Oxu.Az xəbər verir ki, bunun deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələrində deyib.
Onun sözlərinə görə, burada ünvanlılıq olmalıdır:
“Hökumət hətta, naturallıq yolu ilə də bunu edə bilər, yəni, qida, ərzaq şəklində də kömək etmək olar. Hökumət bu məsələni həll etməlidir”.
F. Mustafa həmçinin Bakıda nəqliyyat probleminə də toxunub. O bildirib ki, burada ciddi problem yaşanır:
“Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu gün milyonlarla adam metrodakı havasızlıqdan əziyyət çəkir. Gərək bir milyon insan havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılsın və metro tikintisi sürətləndirilsin?!”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda aptek müdiri işçisini onu kök pişiyə oxşatdığına görə vəhşicəsinə döyüb - TƏFƏRRÜAT
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
Rəylər