Əvvəldən də bu məsələdə iki ölkə arasında problem yox idi. Azərbaycanın bu qərarı ilə məsələ tam hüquqi həllini tapdı.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan və Türkiyə arasında razılaşmaya əsasən, bu ilin sentyabr 1-dən Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsini şərh edərkən deyib.
Deputat bildirib ki, bu razılaşma ilə iki ölkə arasında münasibətlər daha yüksək səviyyəyə çatacaq:
“Bu, əlaqələrimizin güclənməsinə səbəb olacaq. Qardaşlıq və dostluq münasibətlərimiz Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə söykənir və daima inkişaf edir. Bu səbəbdən Azərbaycan və Türkiyə daima bir yerdədirlər və dostluqları daima inkişaf edəcək”.
Sevinc Yasinqızı