"Xəstəxanalardakı böyük növbələr insanların narazılığına səbəb olur".
Oxu.Az xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov sədri olduğu Səhiyyə komitəsinin ilk iclasında deyib.
O bildirib ki, icbari tibbi sığortadan məmnunluq artsa da, problemlər davam etməkdədir:
"Xüsusilə xəstəxanalarda böyük növbələrin olması seçicilərin və insanların bəzən narazılığına səbəb olur. İslahatlar çərçivəsində bu məsələyə də ciddi fikir veriləcək. Şübhəsiz ki, problemlər çoxdur. Yeni islahatların aparılması əminəm ki, bütövlükdə bu sahədə olan problemlərin həllini sürətləndirəcək".