Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputatdan TƏBİB və operativ qərargaha sərt İTTİHAMLAR
“Hesablama etmişəm ki, ölkədə 190 manatı almağa ehtiyacı olan düz 3 milyondan çox əhali var. Yanlış sərt karantin rejimi ölkəni məhv edir. 100 nəfər işçisi olan müəssisədə 20 nəfər işləyir.
Guya hesablama aparılır ki, iş adamları heç kimi ixtisar etməyib. İş adamları özləri müflis olub. Büdcə dəyişikliyi sahibkarları da nəzərə alıb deməklə iş bitmir. Bu sərt karantin rejimini əsaslandıranlar xalqın ehtiyacını ödəsin. TƏBİB, o cümlədən, operativ qərargahın bəzi nümayəndələri bizi “xoxan”la qorxudur”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib.
O bildirib ki, ABŞ sərt karantin tətbiq etmir, Almaniyada, Fransada yumşalmalara gedilib, Finlandiya adi həyatını yaşayır.
“TƏBİB isə deyir ki, hələ daha pis olacaq, acından ölməyənlər də payızda öləcək. Bu nə təfəkkür, bu nə ritorikadır? Camaatı, üzr istəyirəm, axmaq yerinə qoyublar?”, - deyə R.Nurullayev əlavə edib.
Deputat söyləyib ki, operativ qərargah və TƏBİB-i dinləyəndə Kventin Tarantinonun qorxu filmlərinə şükür edir.
“Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz. Ayıbdır, vallah. Büdcə dəyişikliyi birbaşa hər bir vətəndaşın sosial həyatında görünməlidir və o hiss etməlidir ki, nəsə aldı, nəsə yedi, nəsə içdi. Yoxsa hər nazirlik, hər komitə, hər idarə göz yaşı töküb bir layihə verir ki, pul ver.
Ver, aparım dağıdım, aparım yeyim, aparım xarici ölkəyə çıxarım, aparım bir gündə tələm-tələsik yaratdığım firmaya verim, tez silim. Millət necə tarac olur-olsun, nə işim var. Büdcə xərcləmələrinə nəzarət ciddi olmalıdır. O ciddiyyəti görmürəm. Kim deyirsə oğurluq, talançılıq dayanıb, özünü aldatmasın. Xeyli yüksək vəzifəli məmur çəkib, özünü qoyub Himalay dağının başına. Amma bilin ki, oradan aşağı yuvarlananların aqibəti çox pis olur.
Söz verirəm ki, sabaha kimi müqavimətim qırılmasa, təzyiqlərə, edilən telefon zənglərinə tab gətirə bilsəm, bir-iki faktı da araşdırıb, onların hamısının adını bir-bir bu tribunadan açıqlayacağam. Hələ telefonu qaldırmamaq nə deməkdir? Siz özünüzü nə zənn edirsiniz?
Siz ən çirkin yollarla oğurlanan milyon və milyardlara sahib ola bilərsiniz, amma bu, bizi qorxutmaz. Qorxduğum Allahdır, dövlətin, müstəqillik və ölkə suverenliyinin qorunması üçün ölkənin birinci şəxsinin qarşısında özümü məsuliyyətli sayıram”.
R.Nurullayev qeyd edib ki, büdcə oğurlamaları, şişirtmələri, ayrılan vəsaitləri yalançı tender və qohum-əqrəbanın adına açılan birgünlük şirkətlərlə silmə, qohumlarını, ən yaxın dost-tanışını vəzifəyə təyin etdirmə ölkəyə və suverenliyimizə xəyanətdir:
“Ay başına dönüm, 120-140 manata virus testi olar? Bilirsiniz ki, həkimlərə vəd edilən artım ödənilməyib? Bilirsiniz ki, nə qədər insan xeyli hissəsi doğru olan şayiə ucbatından xəstəxanalara müraciət etmir? Birmənalı deyirəm ki, sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var.
Qəşəngcə varlanırlar, qəşəngcə pul silirlər. Biz də burada büdcə təsdiq edək ki, onlar daha da varlansınlar. Büdcəyə, dövlət qurumlarının fəaliyyətinə nəzarət lazımdır və bu təklifi yenə deyirəm ki, deputatlar, mətbuat və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət nəzarət qrupu yaradılmalıdır”, - deyə R.Nurullayev əlavə edib.
Aqşin Kərimov
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"