Milli Məclisin deputatlarının da yaxın zamanlarda koronavirus infeksiyasına qarşı vaksinasiya edilməsi gözlənilir.
Bu barədə Oxu.Az-a parlamentdəki mənbə bildirib.
Hələlik isə deputatlara peyvənd vurulacağı tarix bəlli deyil.
Qeyd edək ki, yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində koronavirusa qarşı ilk peyvəndlərin vurulmasına başlanılıb.
İlk vaksinlər Səhiyyə naziri Oqtay Şirəliyevə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sədri Ramin Bayramlıya və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə vurulub.
Aqşin Kərimov
Rəylər