Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Deputatlığa namizəd Ülvi Quliyev: "Seçicilərlə ev-ev, məhəllə-məhəllə görüşlərimiz davam edir"
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təbliğat-təşviqat mərhələsi çərçivəsində 15 saylı Yasamal I seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ülvi Quliyevin komandası seçicilərlə görüşüb.
Bununla bağlı Ülvi Quliyev rəsmi "Facebook" səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
"Seçicilərlə ev-ev, məhəllə-məhəllə görüşlərimiz davam edir. Komandamızın üzvləri çalışırlar ki, daha çox seçici ilə görüşüb hazırladığımız materialları onlara təqdim etsinlər. Bu işi, seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi, avqustun 31-dək hər gün davam etdirəcəyik".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisdə polemika: "Hökumətə nə olub ki, abidələr biznesmenlərə verilsin?"
- Hərbçilərin bəzi cinayətləri üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq
- Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
- Müşfiq Cəfərov: "Nəticəyönümlü idarəetmənin tətbiqində boşluqlar var"
- Rəşad Mahmudov: "Bəzi hallarda audit qorxuya və qərarın ehtiyatla qəbuluna səbəb olur "