Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Üç uşağın ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən vəzifəli şəxs barədə qərar verilib
2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin sabiq rəisi İdrak Əsədov barədə qərar verib.
"Report" xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun barəsində olan qərardan verilən kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini tutmuş İdrak Əsədov bu il məsuliyyətə cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə İdrak Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay həbs cəzası verilib. Daha sonra Şirvan Apellyasiya Məhkəməsi onun hökmdən verdiyi şikayəti təmin etməyib.
Araşdırmalarla məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl aidiyyəti qurumlara məlumat verib. Təmir-bərpa xidmətinin əməkdaşları müəyyən edib ki, evin kənarında yer altından keçən qaz xətti deşilib və qaz sızmasını müəyyən edilsə də, qəzalı vəziyyət aradan qaldırılmayıb.
Bir neçə gün sonra G.Kərimovanın oğlu evin otağının qapısını açaraq işığı yandırarkən partlayış baş verib. Nəticədə 2005-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Müseyibov, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu 2006-cı il təvəllüdlü Sənan Rauf oğlu Kərimov ağır yanıq xəsarətləri alıblar. Onların 3-ü də aldığı xəsarətlərdən xəstəxanada vəfat ediblər. Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altında toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün güclü partlayış olub. Bu hadisədən sonra idarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev həbs edilib. Onlar əsas təqsirkarın İdrak Əsədli olduğunu deyiblər. Daha sonra İdrak Əsədlinin hadisəsən sonra İrana qaçdığı bildirilib.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
- Azərbaycanda ilk dəfə olaraq vahid "Məhkəmə Çağrı Mərkəzi" istifadəyə verilib
- Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır
Rəylər