Ötən illə müqayisədə bu il təhlükəsizlik kəmərlərindən istifadə edən sürücülərin sayı artıb.
Bu barədə APA-ya Bakı Şəhər dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
V.Əsədov qeyd edib ki, bu gün paytaxt yollarında təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı tədbirlər görülüb. Tədbirlər zamanı məlum olub ki, Bakıda hərəkət edən avtomobil sürücülərinin 30-35 faizi təhlükəsizlik kəmərindən istifadə edir.
Keçirilən tədbir zamanı 12 sürücü barədə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə protokol tərtib edilib.
V.Əsədov həmçinin qeyd edib ki, ötən illə müqayisə bu il təhlükəsizlik kəmərindən istifadə edən sürücülərin sayı xeyli artıb. Bu ilin ilk dörd ayında paytaxtda 337.000 sürücü haqda inzibati protokol tərtib edilib. Tərtib edilən protokolların 470-i təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərin payına düşür.
V.Əsədov sürücülərə müraciətində bildirib ki, təhlükəsizlik kəmərindən istifadə yol qəzalarının ağırlıq dərəcəsini 65% azaldır.
Qeyd edək ki, əvvəllər Azərbaycanda təhlükəsizlik kəmərlərindən istifadə etməməyə görə cərimə 20 manat təşkil edirdisə, hazırda bu rəqəm 40 manata çatıb.
www.apa.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin