Rusiyanın “Ekspress qəzet”i məşhur futbolçu Andrey Arşavinin həyatının maraqlı tərəfləri haqqında məqalə hazırlayıb.
Vesti.Az “EQ”yə istinadən xəbər verir ki, qəzetin məqaləsində Andreyin həyat yoldaşı Yuliya ilə münasibətlərinin pozulmasına futbolçunun yeni sevgilisinin səbəb olduğu qeyd olunur.
Jurnalistlər bu ayrılığa səbəb olan qadın kimi 32 yaşlı fotomodel Leylani Daudini göstərsələr də, sonuncu Arşavinlə olmadığını bəyan edirdi.
Sonda Andreyin özü də Leylani Daudini ilə görüşmədiyini nümayiş etdirdi. Bu günlərdə o, Londonda Avropa basketbol liqasının “Dördlər finalında” yaraşıqlı qaraşın qızla peyda olub. Matçdan sonra cütlük əl-ələ verərək zalı tərk ediblər. Şaiyələrə görə, Polşada Avro-2012 keçirilən zaman bu qadın Arşavinlə birlikdə olub. Arşavin onu hətta peterburqlu dostları ilə də tanış edib.
İdmançının ətrafındakı mənbələrin bildirdiyinə görə, futbolçunun 35 yaşlı sevgilisi nüfuzlu siyasətçi ailəsindəndir. Deyirlər ki, o, Azərbaycanın qızıl gəncliyinin nümayəndəsidir və indiyədək çox nüfuzlu adamın həyat yoldaşıdır, iki uşağına tərbiyə verir. Sirli tanış “Xəzər-Lənkəran” futbol klubunun sahibi – neft daşınmaları kralı Mübariz Mənsimovla eyni dairələrdə fırlanır. Ola bilsin məhz onun əlaqələri sayəsində Andrey tezliklə İngiltərədən Azərbaycana gələcək. Burada “Xəzər-Lənkəran” ona ayda 2 milyon avro ödəməyə hazırdır, qəzet yazır.
Andreyin nənəsi Zoya İvanovanın sözlərinə görə, indi futbolçunun yanında olan qadın onun ailəsini dağıtmaq üçün əlindən gələnib edib.
“Əgər o, doğmalarını pulsuz qoyarsa təəccüblənmərəm. İndi Yuliya üçün çox çətindir: təsəvvür edin, əlində üç uşaq var, amma nikah rəsmiləşdirilməyib. Bununla belə, onların ailəsində indiyədək qalmaqal görməmişəm. Mənə elə gəlir ki, Andrey sadəcə həyatdan yorulub” – deyə, Zoya İvanova hesab edir.
www.vesti.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin