Sabunçu rayonu Zabrat qəsəbəsində “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 3-də saat 02.00 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində Bakı şəhər sakini Hafiz Quliyevin idarə etdiyi “Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub.
“VAZ-2106” markalı avtomobildə olan 6 nəfər ölüb, H.Quliyev və sərnişini Nizami Gülməmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.