Daxili İşlər Nazirliyi dünən axşam paytaxtın məşhur restoranlarından birində baş verən insidentlə bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun Qafqazinfo-ya açıqlamasında bildirdiyinə görə, hadisə dünən 23:00 radələrində baş verib:
“Hələlik şəxsiyyətləri müəyyənləşməyən iki nəfər xuliqanlıq zəminində 3 nəfəri bıçaqlayıb.
Yaralılara ilkin müdaxilə edildikdən sonra xəstəxanadan buraxılıblar, vəziyyətləri yaxşıdır.
Hazırda həmin şəxslərin axtarış tədbirləri davam etdirilir”.