Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Banklara borcu olan müəllim intihar etdi
Bərdə rayonunda müəllim intihar edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, uzun illərdir Bərdədə yerləşən Laçın rayonu Ağanus kənd orta məktəbində müəllim işləyən Eldar Əliyev Xəqani küçəsində yerləşən evinin həyətində özünü asıb.
Özünü asan təhsil işçisinin külli miqdarda borcu olduğu bildirilir.
Rayon sakinlərinin verdiyi məlumata görə, onun N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu işləyən oğlu Ceyhun Əliyev bir neçə bankdan böyük məbləğdə kredit götürüb. Övladının borclarını verə bilməyən ata çıxış yolunu intihar etməkdə görüb.
"Bərdə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar