Bakıda Allahın evində cinayət törədilib. Dünən Suraxanı rayonu ərazisində yerləşən məsciddə oğurluq olub. Qaraçuxur məscidində ibadətə gələnlərin telefonları oğurlanıb.
Oxu.Az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Bakı sakinləri Tural Maqusov və Bəhruz Tağıyevin mobil telefonları oğurlanıb.
Polis oğurluğu törədən Əzizağa Məmmədəminzadəni tutub.