Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

DİN Abşeronda məktəbli qızların itkin düşməsinin TƏFƏRRÜATINI AÇIQLADI - YENİLƏNİB + FOTO
Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düşməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O qeyd edib ki, məktəblilər ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur.
10:17
Abşeronda itkin düşən məktəbli qızlar tapılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.
01:02
Abşeronda iki məktəbli qız itkin düşüb.
Oxu.Az xəbər verir ki, yeniyetmə qızlar dərsdən sonra evə qayıtmayıblar.
Bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər.
Onların sözləri görə, Masazır kənd 3 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdləri olan Saray Məmmədli və Aydan Muradzadə adlı qızlar saat təqribən 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.
Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər.
Valideynlər bildiriblər ki, qızlar tapılana qədər onlar özləri də axtarışlar həyata keçirəcəklər.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- "TikTok"da evlənəcəyinə söz verdiyi qızın evindən qızılları oğurlayıb, qumara qoydu
- Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb
- Abşeronun Şəfəq qəsəbəsində kommunal problem: Binanın zirzəmisini su basıb
- Boğazında qida qalan səkkiz yaşlı oğlan öldü
- Arvadını üzqırxana görə döyən şəxsə hökm oxundu