Azərbaycanda polislər xüsusi nəzakətlilik və xeyirxahlıqları ilə seçilirlər.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Azərbaycanın asayiş keşikçilərinin kobudluğu barədə şikayətlərə rəy bildirən DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov onları xarakterizə edib.
Onun sözlərinə görə, polislər yalnız qanunu pozanlara və təhlükəli cinayətkarlara qarşı amansızdırlar, digər vətəndaşlara və xarici turistlərə gəldikdə isə onlar çox anlayışlı davranırlar.
“Bildiyiniz kimi Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilib və indiyə qədər bir nəfər də olsa xarici vətəndaş polislərimizin kobudluğundan şikayətlənməyib.
Əksinə, polislərimiz xaricilərə hər zaman yardım ediblər. Bu məsələ hər iclasda polisləri həm vətəndaşlarla, həm də xaricilərlə nəzakətli olmağa çağıran nazir Ramil Usubovun da həmişə diqqət mərkəzindədir. Azərbaycan polisinin ictimai asayişin qorunmsı və kriminogen vəziyyətin yaxşılaşdırılması üzrə təcrübəsi digər ölkələr tərəfindən öyrənilir”, - o bəyan edib.